Əbədi sevda
Bunlar...Bir həyətlik dincliyi uca tutarlarTanrı cənnətindən,Xəbərsizlər iştahının qurbanıMənim ruhumu bilməz!yaşılkən kötüklənən,yüz yana yaxılmaqdan içləri çiliklənən,haram pul, haram tikə,haram nüftədən gələn,çörəkdən suyunacan hər şeymüftədən gələn,nə qədər yetişsə – kal...düşüncəsi, inamı, dili, fikri də idxal,qorxan – şimşək çaxanda,leysan yağanda qorxan,qaranlıq yuvalardan üzə çıxanda qorxan,torpağın sevincinə arxları bağlanmayan,bir çiçəyin mehrinə sıxılıb ağlamayanMəni anlamaz əsla!
Bunlar...Əlimiz üstə düşmən əli qoyanlarlaylası, duasını minnətlə oxuyanlar,unudanlar, minillik yolun-izin dilini,dünyaya sığışmayan dərdimizin dilini –nə bilsin hardan gəlir gözümüzə çökən qəmbu göylərə bağlılıq, bu sərhədsiz düşüncəm,Çindən Qobustanacanyazılı daşlarımın toz basan güzgüsünüsilib baxa bilməyəngündoğan sevgisindən hər gündoğa bilməyənhardan duysun içimdə yaşayanböyük ruhu,hardan duysun nə deməkbu didərgin, bu ulu, bu yorulmaz türk ruhu?!Onlara deyən varmıAltaydan BalkanlaraTanrıdan Savalana,qopuz simləri kimi uzanan tarix yoluhələ kökdən düşməyibbiz göylərdən gəlsək də,yolu mən ağartmışam,yollar göydən düşməyib.Param-parça bölünmüş,yürüşdən yorğun, əzik,ancaq haqqa hamilə,yenə tarix yolununbələdçisi... Bu bizik!Bu bizik, mənəm, sənsən...bu gün yorğun, cüssəsiz,sabah fırtına kimi,dünya boyu əsənsən!..Bunlar...bu etnomüştəbehlərbu retrokommunistlər,demokrat, islahatçı,qlobalçı faşistlər,və onların qulları,Azərbaycan soyadlıhədiyyə çocuqlarıMəni duyammaz əsla!Duymaz damarlarımdadolaşan qaynar qanı,Tanrıyacan yol çəkənbu əbədi sevdanı!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-ebedi-sevda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir gözəlin vəsfindən bu zamanDanışam, dirəm, söylərəm xitab,
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Qəzəl: Tutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməzTutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməz,Görən bir gəz səni ömründə hərgiz dərdü-qəm çəkməz
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri