Çəkil torpağımdan, ey yağı düşmən,Mən şeytan ümidin üzən millətəm.Dünyanı üstümə qaldırdın, yetər,Dünyanın dərdinə dözən millətəm!

Qədimlik uydurdun, hamısı yalan,Ruhuma əl atdın, öz ruhun talan,Qoynumda qıvrılan ay şahmar ilan,Mən ilan başını əzən millətəm.

Tarix yaradanam, yalan yazansan,Açıq okeanam, bağlı qazansan,Torpaq becərənəm, qəbir qazansan,Qəbri ayaq tutub gəzən millətəm...

Düzmə qabağıma çopur daşları,Səsləsəm dikələr dağ qardaşlarım,İstəsən tarixi bir də başlaram,Mən durğun həyatdan bezən millətəm!

Bu şeytan çömçəsin durmadan fırla,Özünü hesaba vur da sıfırla,Mənim barmağımda dünya fırfıra,Gün boyu, Ay boyu əsən millətəm.

O yunan qardaşın, o rus qardaşınVerdi qoltuğuna qarpızı, daşı,Bircə sənətin var, o da baş daşı,Mən daşı mehraba düzən millətəm!

Ruhum göydən gəlir, o da ki haqdıHaqqı gücsüz bilib gülmək günahdıGələcək cəzanı çəkməyin vaxtıHesabı axırda kəsən millətəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland