Tapılmaz
Buraxma fürsəti, buraxma əldən,Göydə qərar tutub, yerdə tapılmaz.Harayla, harayın qalar içində,Xeyirdə görünüb, şərdə tapılmaz.
Nə çiçəkdən soruş, nə otdan soruş,Nə sudan xəbər al, nə oddan soruş,Nə yardan, yoldaşdan, nə yaddan soruş,Namərdə səs verib, mərdə tapılmaz.
Ömrün səfərini bitirmə vaxtsız,Karvanı mənzilə yetirmə vaxtsız,Hüseyn Arifi itirmə vaxtsız,O elə şairdi, bir də tapılmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-tapilmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Budur, Gülşa özün qılmaq məzari-yar qurbani
Bir hudəci-dərd içində Gülşa,Dutmuşdu o tale ilə qovğa.
Kimdir ki, verməsin könül əbrukəmanlaraKimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**