Moskva genişdir, Moskva gözəl,Tərifə layiqdir onun hər yeri,Burda min-min ürək, burda min-min əlYaratmış nə qədər sənət əsəri...Lakin fikrim məni çəkir BakıyaÖz evim-eşiyim çıxmır yadımdan.Darıxdım sevgilim, darıxdım yaman!

Bahardır, söykənib yarpağa yarpaq,İnsanla sevinir, gülür çöl, bayır.Ötən qız-gəlinlər içində, ancaqGözüm səni gəzir, səni arayır.Hanı səhər-axşam dəmlədiyin çay,Bütün yorğunluğum çıxa canımdan,Darıxdım sevgilim, darıxdım yaman!

Uşaqlar gözümün qabağındadır,Arifin gülüşü hey düşür yada.Şirin musiqi tək qulağımdadırSəhərin, Zöhrənin hay-harayı da.Ailə həsrəti ağır olurmuş“Darıxma!” yazsan da mənə hər zaman,Darıxdım, sevgilim, darıxdım yaman!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets