Qövr edir sinəmdə min yara yeri,Ay ötən günlərim, ötən günlərim.Bir də düşəcəkmi yönünüz geri.Ay ötən günlərim, ötən günlərim.

Gözəl uşaqlığım gözümdən itdi,Onun arxasınca gənclik də getdi.Dən düşdü saçıma, qocalıq yetdi,Ay ötən günlərim, ötən günlərim.

Daha könül vermir nazlı yar mənə,– Əmi, dayı, – deyir uşaqlar mənə,Sanki geniş dünya gəlir dar mənə,Ay ötən günlərim, ötən günlərim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets