Uşaqlıq
Doğma kənd evində, kənd həyətində,Yeridi, yıxıldı, süzdü uşaqlıq.Ana qucağında, ata qolundaQayğılar gölündə üzdü uşaqlıq.
İncə təbiəti, incə ürəyiAndırır çəməndə gülü, çiçəyi.Azca gecikəndə çayı, çörəyiKüsüb, dodağını büzdü uşaqlıq.
Yaz fəsli torpaqdan qalxanda yoncaDüzlərin ətrinə batdı doyunca.Çöllərə düşəndə quzu dalıncaYağışa, yağmura dözdü uşaqlıq.
Əzəldən başqadır onun aləmi,Şirindir gülüşü, xoşdur qədəmi.Qarpızdan araba, kağızdan gəmiUydurub dünyanı gəzdi uşaqlıq.
Elə ki, səninlə üz-üzə gəldimÖmrümdə ilk dəfə o gün əyildim...Qollarım yanıma düşəndə bildimƏlini əlimdən üzdü uşaqlıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-usaqliq
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
İçimdə qışlayan dərdBaharın nəfəsi üzümə dəydi,Sirrini öyrənsəm nə idi dərdim.
Sən mənim, mən sənin!Qara gözün aldı canım,Aldı canım,
Təcnis: Kəlbin olub yaslanmışam dərdə yarKəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,