Dayanmaz
Bir qüvvə içimdən əydi başımı,Bir alov sinəmi dağlar, dayanmaz.Göz yaşımı deyim, könül yaşımı?Gecəli, gündüzlü çağlar, dayanmaz.
Göylər yağış tökər, dolu səpələr,Yeriyir dalğalar, qalxır ləpələr,Keçməyin qabağa ay boz təpələr,Mən dözən dağlara dağlar dayanmaz.
Ey əcəl, ümidim sənədir ancaq,Gizləsin üzümü o qara torpaq.Hüseyn Arifin taleyinə bax,Dünyalar dərdimə ağlar, dayanmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-dayanmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Məktəb uşağı
Sübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
Yoxdur daha sənin gözünün yaşı.Yoxdur daha sənin gözünün yaşı.Sevincdən ağlanan günlər qurudu,
Vay deyəAğanı öldürdü qaçaqlar bu gün,Ağla altı aylıq haqqım vay, deyə.
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,