Yaşa bir az da...
Vaxt olur, başıma dünya daralır,Heç nəyin üstündə qanım qaralır,Sağı yağış döyür, solu qar alır,Dəyişir gözümdə payız da, yaz da,Deyirəm bəlkə də...Elə bu zamanBir səs qulağıma axır uzaqdan:Arifin xətrinə yaşa bir az da!
Vaxt olur, varlığım od tutub yanır,Atamı düşünür, anamı anır,Bir nadan sözündən qəlb yaralanır,İçimdə inləyir kaman da, saz da,Deyirəm bəlkə də...Elə bu zamanBir səs qulağıma axır uzaqdan:Arifin xətrinə yaşa bir az da!
Ey ümid şöləsi bir də cilvələn,Gəl ey sevincimlə sevinib, gülən,Acını, şirini dost kimi bölənBaxıb gözlərimə baxıb söyləyirAta da, ana da, oğul da, qız da:– Hər sözün dillərdə tərif olubdur,İndi ki, Hüseyn Arif olubdurArifin xətrinə yaşa bir az da!
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-yasa-bir-az-da
Use ← → keys to move, R for a random poem