Qayıt, uşaqlığım
Qayıt, uşaqlığım, qayıt bir anlıq,İtən günlərimi tapmaq istərəm.Minim axşamüstü qarğı atımı,Yollardan yollara çapmaq istərəm.
Qayıt, uşaqlığım, qayıt bir anlıq,Yeriyib, yıxılıb, qaçmaq istərəm.Səhərlər çiynimdə məktəb çantası,Sinif otağını açmaq istərəm.
Qayıt, uşaqlığım, qayıt, bir anlıq,Mən səni bağrıma basmaq istərəm.Nənəmin saxlancı ala çatıyla,Ağacdan yelləncək asmaq istərəm.
Qayıt, uşaqlığım, qayıt, bir anlıq,Sən niyə tez keçdin? Bilmək istərəm.Həyat şirin imiş, mən bu dünyaya,Yenidən doğulub gəlmək istərəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-qayit-usaqligim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə