Səhər nəğməsi
Yenə də hamıdan tez oyanmışam,Oxşayır ruhumu sübhün nəfəsi,Gəldim, gəldim, deyir elə bil ilham,Sinəmdə dil açır söz kəmənçəsi.
Alışır, od tutub yanır dan yeri,Göydə ulduzların qamaşır gözü.Qaranlıq kölgələr çəkilir geri,Sanki təbiətin gülür şən üzü.
Qoynunda boy atdım, sənin, ey Vətən!Səsimi mehriban ellərə yaydım.Şairlik eşqinə düşərdimmi mən,Hüsnünə bu qədər vurulmasaydım?!
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-seher-negmesi
Use ← → keys to move, R for a random poem