Səndən ötrü qalmışam ayru diyarü yardən,Canidin məhrum mən növmid həm dildardən.

Ömri zaye’, fikri batil, ruzigaridir qara,Adəm oğlu kim, vəfa istər pərivəş yardən.

Sözünə şirinlədim əvvəl və leykin aqibət,Vəh ki, qaldım təlxi-kam ol lə’li-şəkkərbardən.

Çün yüzin görsətdin imdi sürmə kuyindən məni,Gül açılğac bülbüli mən’ etməgil gülzardən.Ver mana bir busə kim, pəhriz buyurmur təbib,Çün tapar ölmək nişani natəvan bimardən.

Bivəfasızlıq ki, mən gördüm o şol namehrdən,Zinhar, ey dustlar, tövbə vəfasız yardən.

Əzm qılmış nisti mülkinə cana, himməti,Yo iraxdur gərçi doymaz Kişvəri didardən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love