Gözəl İstanbulun gözəl qəmi var,Öylə bir qəm ki türlü məhrəmi var.

Hər zaman üz tutar sevənlər ona,Hər kəsin sanki onda həmdəmi var.

Dərdinə məlhəm istəyən gəlsin,Güllərində şəfəqli məlhəmi var.

Seyr edənlər bilər ki, aləmdəBir şəhərdir ki minbir aləmi var.

Ona heyran olan dənizlərininSularında bölük-bölük gəmi var.

O, bir əfsanədir bu gerçəkdə,Bir mələkdir, ilahi görkəmi var.

Türklərin ölkəsində ölkədir o,Ondan üstün olan bir ölkəmi var?!

İstanbul, 1989

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring