Dostum Fazil Məmmədoğluna

Göylər qaşını çatmasın,Gözlərini ağartmasın,Yarpaqların pas atmasın,Gözyaşımı çağlatmasın,Ürəyimi dağlatmasın,Qəm dolmasın içərimə,Çürümə, qovaq, çürümə!

Varlığım iztirablanar,Sanma bu dərdə tablanar,Ömrüm, günüm əzablanar,Gülüstanım xarablanar,Quru budağın saplanar,Küt bıçaq kimi böyrümə,Çürümə, qovaq, çürümə!

Düşmə, ey vüqarım mənim,Əhdim, etibarım mənim,Nə oldu o yarım mənim,Getməz intizarım mənim,Pozular baharım mənim,Xəzana doğru yürümə,Çürümə, qovaq, çürümə!

Başım məzara yürüyər,Daşımı sitəm kürüyər,Ağac içindən çürüyər,Könlümü ölüm bürüyər,Gözümün nuru əriyər,Məni puçluğa sürümə,Çürümə, qovaq, çürümə!

İstanbul, 1984

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets