Arxası getdi
Bir budaq üzülüb qopdu ağacdan,Bağrımdan bağrımın parası getdi.Aldığım yaranın, çəkdiyim dərdin,Təbibi, dərmanı, çarası getdi.
Nə yaman olurmuş oğul həsrəti,Heç ata görməsin bu müsibəti.Könlümdən könlümün sözü-söhbəti,Gözümdən gözümün qarası getdi.
Hüseyn xəstədir qəm yatağında,Buludlar toqquşur qaşqabağında.Yaşımın əllini aşan çağında,Arxamın dağ kimi arxası getdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-arxasi-getdi
Use ← → keys to move, R for a random poem