İstərdim oğlumun başında hər günSevinib, şadlanıb, gülənim olsun.Səhərdən axşama döyülsün qapım,Evimə yüz gedib-gələnim olsun.

Yanaşı dolanaq qolum qolunda,Oturam sağında, duram solunda,Enişli-yoxuşlu ömrün yolundaSevinci, kədəri bölənim olsun.

Bir xoş arzu kimi qaldı bu arzu,Beləymiş Hüseynə yazılan yazı,Gözəl vətənimin gözəl bir qızıİstərdim mənim də gəlinim olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets