Həyatı dərindən duymaqdan ötrüMin oddan, alovdan keçəsən, gərəkEnişli-yoxuşlu bu yollarda sən,Yaxşını yamandan seçəsən, gərək.

Sevinc də, kədər də səbəbsiz deyil,Məzəsiz məclis də bir məclis deyil,Gənclik illərində şərab pis deyil,Çayı qocalanda içəsən gərək.

Hüseyn, səni də dəyişər zaman,Yalvarma loğmana üzüləndə can,Doyub, doymasa da gözün dünyadanVaxt tamam olanda köçəsən gərək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets