Saralırkən 60 yıllık niyaran gözləri,Həyatdan tok qözlərini yukarı.Kaldırarak, süzmüşdü:Son nəfəsi ilə, ölərkən, boğuq səsiləDemişdi: - Tələbə ol, tələbə...Gir məktəbə, fəqət... unutma sən,Kızıl sakkalında mələklər dərgah yapan,Yazıl, zallı, allı, cəlallı, şəhid babanınBir çocuğusan...Baban gedən yolu, daha kayım addımla getməlisən.

Səslər azaldı, çınqırak çaldı...Girdik sınıfa."İctimai müsahibə".Dərsimizdi:– "Nə rus, erməni, nə də islam var",Ancaq var: - Burjuy, proletarƏzən, əzilən, zəhmət, istismar.– Tədaim oyandı, anam xatırlandı:Dinin "ədaləti": - iktisadi ihtiyacdır.Ruhanilər: - Gözünə kədər kabarlananZəhmət sürülərinə möhtacdır.Maddiyyət gündən-günə silkələdi kafamı,Duyarak düşünməyə çokaldı iştaham.Açıldı önümdə inklabi təsəvvürlərin lentası.Maddiyyətlə dolu kafamın kasası.Bənimsədim sinfi mücadiləniOkudum bu müadələni: -

"Həyat daimi mübarizədir".İçimdə bir yürüş, yaşayışı bilməyəOyandı, çalkalandı "Ayık ol!" deyə-deyə.Məsləkimdən eşitdim qurultulu bir xitab: -Məfkurəvi inkilab, Məfkurəvi inkilab!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xalqın ürək sözü

Böyük Vətən müharibəsi günlərində, sovet xalqının öz doğma yurdunu, öz azadlığını, səadətini, öz xoşbəxt həyatını qaniçən german faşizmindən müdafiəyə qalxdığı bir gündə istər-istəməz xalqımızın tarixi ənənələri adamın xatırına gəlir. Bu gün cəbhələrdə nemes işğalçıları ilə döyüşən və müstəsna qəhrəmanlıq nümunələri göstərən Kamal Qasımovların, Məzahirlərin və yüzlərcə başqa vətən oğullarının hünərini gördükcə ata-babalarımızın, ümumiyyətlə bütün xalqımızın mübariz və məğrur keçmişi yada düşür.Azərbaycan xalqının tarixi həmişə həqiqət, ədalət uğrunda mübarizə tarixi olmuşdur. Gənclər və qocalar, qadınlar və kişilər öz ömürlərini, yaşayışlarının məna və məzmununu istilaçılara, zalımlara, zorakılara, xalq əmək və səadətinin qəsbkarlarına qarşı döyüşlərdə görmüşlər.

194115 min
İsrafil

Qızıl almaAna "Məlik Məmməd" nağılını demişdi ki, uşaq yuxulasın. Uşağın isə başı yastıqda, gözləri səqfdə idi. Hərdən vacib şeyi xatırlamış kimi, qalxır, balkonda məşğul olan anasını çağırır, soruşurdu:

194226 min
Qardaşlar

(Döyüşən orduda)*İki ay əvvəl Sovet İnformasiya Bürosunun məlumatında adı çəkilən Babayev Mahmud budur, həmin bu arıq, zirək oğlandır. O, Kürdəmir rayonundandır. Yayın istisində üç ay vəhşi faşistlərə qarşı vuruşmuşdur. Axırıncı kəşfiyyat çıxışında dörd yoldaşı ilə bərabər 11 nəfər faşisti əhatə etmiş, üçünü öldürmüş, səkkizini əsir tutmuşdur. Yaralandıqda belə, döyüş meydanını tərk etməmiş, 12 saat vuruşmuşdur. Babayev iki ay xəstəxanada yatıb sağalmış və təkrar öz hissəsinə döyüşə qayıtmışdır. Babayev deyir:

19435 min
Qəzəb maşınları

Abbas deyər bu sözləri sərindən,*Arxı vurdur, suyun gəlsin dərindən,*

194311 min

Poems by other poets