Qardaşlar
(Döyüşən orduda)
İki ay əvvəl Sovet İnformasiya Bürosunun məlumatında adı çəkilən Babayev Mahmud budur, həmin bu arıq, zirək oğlandır. O, Kürdəmir rayonundandır. Yayın istisində üç ay vəhşi faşistlərə qarşı vuruşmuşdur. Axırıncı kəşfiyyat çıxışında dörd yoldaşı ilə bərabər 11 nəfər faşisti əhatə etmiş, üçünü öldürmüş, səkkizini əsir tutmuşdur. Yaralandıqda belə, döyüş meydanını tərk etməmiş, 12 saat vuruşmuşdur. Babayev iki ay xəstəxanada yatıb sağalmış və təkrar öz hissəsinə döyüşə qayıtmışdır. Babayev deyir:
– Mən cəbhəyə gələndən sonra oğlum olub. Qayıdanda, Krımı düşməndən təmizləyib qayıdanda ad qoyacağam: Qələbə!
Əli Bayramlıdan olan gənc, kiçik leytenant Ağaxan hələ döyüşə girməmişdir. Ancaq o, diqqətəlayiq komandirdir. İlk görüşündə öz şənliyi, sevinci və səmimi təbəssümü ilə sizi valeh edəcəkdir. Təzə, davamlı, yaraşıqlı komandir libasını elə səliqə ilə geyinir ki, deyərsən bu oğlan davaya yox, toya gedir. Orduya könüllü gəlmişdir. Ağaxanın cavan si- 132 masında parlayan xalq və vətən eşqini, gözlərində oynayan hünər qığılcımlarını hər kəs görə bilər. O, cəbhədə tam, dolğun bir həyatla yaşayır. Mədəniyyətdən, musiqidən, şeirdən danışır. Gələcək ideallarını deyir. Onun coşqun gənclik hissləri heç bir zaman indiki qədər alovlanmamışdır. Ürəyi böyük və təmiz arzularla doludur. Anasına yazdığı məktubda iftixarını gizlədə bilmir:
– Ana, - deyir, - oğlunun 19 yaşı var, indidən Qızıl Ordu komandiridir. Ana, mən nə qədər bəxtiyaram!
Ağaxan ilə görüşəndə və ayrılanda bir şey düşünürsən:
– Düşmənin təpəsini əzən, igidlik göstərib qəhrəmanlıq nişanları alan belələridir. Belə oğul analarına eşq olsun!
Döyüşçülərin sevimlisi zabratlı qara və ortaboy oğlanı heç bir vaxt unutmaram. O, texnikanın həkimidir. Maşınları müalicə edir. Onun adı Bundur. Hərbi hünərdən başqa gözəl incəsənət qabiliyyəti də vardır. Soyuq nə qədər bərk, iş nə qədər ağır olursa-olsun Bun mahnıdan korluq çəkən deyil. Bun, incə hiss sahibi olduğu qədər də möhkəm əzələ, güclü bilək sahibidir. Maşının dilini, işin fəndini ovcunun içi kimi bilir: "Ay maşın, - deyir, - rəngindən bilirəm ki, haran ağrıdır."
Ucaboy, qırmızısifət, irigözlü, enlikürək komandir Çeçenidze xalis Gürcüstan oğludur. Olduğu hissədə böyük hörmət sahibidir. O, döyüşçülərinin həyatı ilə yaşayır. Ağaxanda gördüyünüz xüsusiyyətləri Çeçenidzedə də görə bilərsiniz. Ancaq bu, daha çox təcrübə görmüş, həyat keçirmiş, bərk ayaqda nərə çəkib, düşmən üstünə cuman bir komandirdir.
Kapitan Danilin hələ 20-25 il əvvəl, vətəndaş müharibəsi səngərlərində böyüyüb bərkimiş mahir hərb ustasıdır. Onun yaşı 45-dən yuxarıdır. Sanki günəşdə yanmış, soyuqlarda bərkimiş qaramtul çöhrəsində bir ata təmkini, işinə, gələcəyinə möhkəm inam vardır. O az qala yaşının hər iki ilində bir döyüş görmüşdür. Bu döyüşlərin hamısına etimadla girmiş, qalibiyyətlə çıxmışdır. Düşmən ilə vuruşmaq onun üçün ən adi və ən sevimli peşədir. Onunbir xasiyyəti də var: döyüşçülərini də özü kimi istər, hər döyüşçü onu təmin etməz. Birində naşılıq, yavaşlıq gördümü, onunla ciddi məşğul olur. Onun fikrincə, daraqlarda səf-səf duran patronlar kimi əsgər də bir-birinə oxşamalı, bir-birindən seçmə olmalıdır. Danilinin döyüşçüləri deyirlər:
– Yoldaş komandir, sizinlə ölümə də getmək xoşdur.
Danilin razılığını bildirir:
– Mən də sizə bel bağlamışam. Demək, bir-birimizin qələbəsini təmin edəcəyik.
Danilin Bakıda böyümüşdür. Bu şəhərin adamı həyəcansız gəzə bilmir. O, əlini döyüşçülərinə, cəmisi bir neçə saat sonra döyüşə girəcək olan qızıl əsgərlərə tutub deyir:
– Bakı bunlara arxayın olsun. Bizim nə qədər ki canımız sağdır, nə qədər ki nəfəsimiz gəlir, vətənimizin ürəyi fərəhlə çarpacaqdır. Bakının sinəmiz kimi polad qalası vardır.
Danilin onu alqışlayan döyüşçülərə üz tutub, sanki əsgəri andını təkrar edir:
– Döyüşçü yoldaşlar, hücuma! Murdar faşist həşəratını məhv etməyə gedək! Gedək, qardaşlar!
Danilinin səsində də, sözündə də bir inam, əzəmət və vüsət vardır. Bu, böyük bir xalqın əzəmətidir. Gördüyün, dinlədiyin bir adam, bir şəxs deyildir. Ölməz bir xalqdır. Bu həmin rus xalqıdır ki, bəşəriyyətə Lenin, Tolstoy, Qorki kimi adamlar vermişdir. Bu həmin rus xalqıdır ki, tarixini, azadlıq uğrunda mübarizədə keçirmişdir. Bu həmin rus xalqıdır ki, dünyada birinci dəfə olaraq sosialist revolyusiyası bayrağını qaldırmışdır. Bu xalqa zaval yoxdur. Bu xalqın oğlunun iftixar etməyə haqqı vardır.
Ancaq indi Danilin yalnız bir rus deyildir. O, indi Qafqaz ordusu əsgəridir. Xalqlar ailəsində onun səsinin təsiri, biləyinin gücü qat-qat artmışdır. Xalqlar dostluğu hər bir qızıl əsgər kimi onun da köksünü müqəddəs ideallarla doldurmuşdur. O, Qafqaz ordusu sıralarında azərbaycanlılar, gürcülər, ləzgilər, avarlar, çeçenlər, inquşlarla birlikdə hücuma gedir. O, Sovet Qafqazının məğrur, cəsur oğulları ilə qardaş Krımı qurtarmağa gedir. Danilini, Babayevi, Çeçenidzeni və başqalarını görəndə, minlərlə eyni ruhlu, eyni məqsədli, eyni yol yolçularını görəndə bir şey, ancaq bir şey düşünürsən: düşmən üstünə bütün Qafqaz yeriyir. Ağsaçlı Kazbek, qoca Elbrus, Şahdağ, Qoşqar, Kəpəz yeriyir. Bu igid ölkə, Kür və Araz qılıncını çəkərək, Xəzər sinəsini qarşıya verərək yeri134 yir. Bu yeriş Qafqazın düşmən üzərinə ən amansız yerişi olacaqdır. Çünki tarixdə heç bir vaxt Qafqaz indiki qədər sıx birləşməmişdir.
Qızıl Ordu Qafqazın bütün qüvvət və qüdrətinin təcəssümüdür. Qafqazın başəyməz uca dağları buradadır. Kür, təmkinli dağlar, dərələr, düzlərin həyatı olan azadlıq havası buradadır. Arxası yer görməz mərd igidlər, istiqanlı, at sürən, qılınc vuran, yağı qıran koroğlular, babəklər, tariyellər, davudlar, aftandillər buradadır.
Bu orduda tariximizin parlaq şücaət ənənələri, hazırkı həyatımızın azadlıq, səadət, birlik sevgisi, gələcək eşqi və etimadı vardır.
Bunu hər bir əsgərdə duymaq olar. Bunu hər bir döyüşdə görmək olar. Bunu hər bir kəsdən eşitmək olar. Belə orduya qarşı duran düşmən, dünyanın ən alçaq, ən rəzil dəstəsidir. Vay bu faşist quldur dəstəsinin halına!
Qızıl Ordunun döyüşçüləri, dünyanın ən şərəfli əsgəridirlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-qardaslar
Use ← → keys to move, R for a random poem
More by this author
Hər kəs öz əməyinin məhsuluna baxıb həzz alır: neftçi göydə uçan təyyarənin səsindən fərəhlənir, pambıqçı top-top olan parçaları, paltarları görüb sevinir, aqronom kəhrəba taxılı ilə, bağban bol meyvəsi ilə, müəllim hünərli tələbəsi ilə, mühəndis tikdiyi əzəmətli binalarla fəxr edir. Azad, ictimai zəhmətdən doğan fərəh və iftixarı duymayan sovet adamı yoxdur.Tarlada alaq otu olduğu kimi, içərimizdə köhnə dünyadan ilişib gələn çirkin niyyətli adamlar da vardır. Onlardan biri həmin Hacı Aslan oğludur. Ömrü boyu yazdığı iftira dolu ərizələri əskinas kimi büküb sığallayır, əzizləyir, dönə-dönə düzəldib ağardandan sonra paketə qoyur, marka vurur, axşamüstü, qaranlıq çökəndə şəhərin müxtəlif yerlərindəki poçt qutularından birinə salır. Böyük igidlik göstəribmiş kimi, sevincək əllərini ovuşdurub: "Hərifin atası yandı", – deyir.
Qələmİlyasın məktəbə gedən yolu meşədən keçirdi. Bu səhər İlyas tələsmiş, dərs şeylərini yaxşı yığmamışdı. Qələmi çantanın küncündən başını çıxarıb baxırdı. Meşədən keçəndə qələm çantadan düşdü.Meşədəki ağaclar qələmin başına yığıldılar, ona "xoş gəldin" dedilər. Onlar qələmin düz boyuna, dəmir papağına, qara gözünə, əlvan rənginə, yaraşığına heyran-heyran baxıb soruşdular:
Əskinasın tarixiXalça taciri Fərzixanov evə girən kimi arvadını səslədi:– Səltənət xanım , yığışdır ev-eşiyi, gedirik.
Buz maşınıNənə qarışqa balalarını – Qaracanı, Sancanı, Xallıcanı işə göndərdi və:– Bağda meyvələr yetişib, – deyə lazımi tapşırıq verdi. – Ətrindən dura bilmirəm. Ağaclara, tənəklərə dırmaşın, alma-armuddan, üzümdən doyunca yeyin, dişinizdə şirə gətirin!