Contents
  1. Fikir
  2. Səadət
  3. Dağlar sultanı
  4. Balaların köməyi
  5. Yer yeriyəndə

Page 1 of 2

Abbas deyər bu sözləri sərindən,

Arxı vurdur, suyun gəlsin dərindən,

El yığılsa, dağ oynadar yerindən,

Söz bir olsa, zərbi kərən sındırar.

Aşıq Abbas Tufarqanlı

Fikir

Tambov kolxozçuları Qızıl Orduya kömək işinin yeni formasını tapdılar. "Tambov kolxozçusu" adlı tank dəstəsi yaratmaq üçün iki həftədə 40 milyon manat nağd pul yığdılar.

Tambovluların bu təşəbbüsü böyük ölkəmizin bütün vətənpərvərlərinə timsal oldu. Az bir müddət içində oblastlarda genişlənən bu vətənpərvərlik hərəkatının ilk nəticələrini gördük. Qorki oblastının kolxozçuları zəmanənin böyük pilotunun xatirəsinə döyüş maşınları dəstəsi yaratmağı vacib saydılar. Valeri Çkalov adma təyyarələr eskadrilyası üçün 60 milyon manat pul verdilər. İvanov oblastı kolxozçuları tank dəstəsi üçün 60 milyon, Moskva kolxozçuları "Moskva kolxozçusu" tank dəstəsi üçün 75 milyon manat yığdılar.

Doğrudan da bu gün Qızıl Orduya kömək etmək ideyasının necə böyük və düşmən üçün necə zəhmli qüvvəyə çevrildiyini - xalq pulu ilə, sovet vətənpərvərlərinin yığdığı artıq pul ilə yaradılan maşınlar ay136 dın göstərir.

Hər gün tank və təyyarə dəstəsi yaratmaq üçün milyonlarla pul verildiyini qəzetlərdən bilirik.

Bunlar, bu pullar sadəcə vəsait deyildir. Böyük və fədakar bir xalqın öz doğma ordusuna qayğı və məhəbbət duyğularıdır. Saratovlu Qolovatı bu duyğu ilə yaşayır. O, sovet vətəninin həqiqi oğlu, iki nəfər qızıl əsgərin ləyaqətli atasıdır. O, alın təri ilə, əlinin əməyi ilə qazanıb yığdığı yüz min manatı bu gün üçün ən vacib yerə - döyüş maşınlarının yaradılmasına verdi. Müharibədən əvvəl bizim atalarımız artıq pullarını başqa arzu ilə yığardılar. Onlar oğul toyuna hazırlaşar, yeni evlər tikdirər, otaqlarına qəşəng və bahalı ev şeyləri alardılar.

Qolovatı və onun kimilər çox yaxşı başa düşürlər ki, indi bizim toyumuz ilə taleyimiz birdir. Hamımız bir bayrama - faşizmə çalacağımız son qələbə gününə hazırlaşırıq. Hər şey bu gün üçündür, hər bir şənliyimiz bu gündən asılıdır.

Səadət

Tambovlu yoldaşların təşəbbüsü, ordenli respublikamızda xüsusi bir sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Dərhal "Azərbaycan kolxozçusu" tank dəstəsi yaradılmasına minlərcə kolxozçular milyonlar verdilər.

Qolovatının arzusu indi həqiqət olmuşdur. Kolxozçuların vəsaiti polad maşınlara çevrilmişdir. İndi "Tambov kolxozçusu", "Moskva kolxozçusu", "Çelyabinsk kolxozçusu" tank dəstələri artıq döyüşə girmişlər. Bu maşınlar şir kimi Qərbə tərəf şığıyır. Vətən torpağımızı murdar heyvanlardan təmizləyirlər. Dünən Mozdok, Nalçik, Kotelnikovo, bu gün Kursk, Voronej azad olundu. Sabah Krım, Ukrayna azad ediləcəkdir. Qızıl Ordunun bu tarixi xilaskarlığı epopeyasında sovet kəndlilərinin əməyi və vətənpərəstliyi görkəmli yer tutacaqdır.

Ağdamda, Hüsü Hacıyev adına kolxozda 75 yaşlı bir qadın var. Onun adı Səadətdir. Bir oğlunu orduya yola salmışdır. Qızı və ikinci oğlu ilə bərabər özü də kolxozda yorulmadan çalışır. Səadət "Azərbaycan kolxozçusu" tank dəstəsinə 50 min manat vermişdir.

Səadət dünyagörmüş, ağbirçək, dağ ürəkli bir anadır. O, tanka pul verəndə hamının qəlbini oynadan, hamının ürəyindən olan bir arzunu demişdir. O, öz arzusuna inanır. Bunu dərin bir etiqadla rəhbərə, Stalin yoldaşa yazmışdır: "Mən 75 yaşında olsam da, bilirəm ki, Hitlerdən çox yaşayacağam, oğullarımız qalib gələcək və bir qəhrəman kimi evlərinə qayıdacaqlar. Biz yaxşı kolxoz qonaqlığı düzəldəcəyik və o zaman xatırlayacaqlar ki, mən qoca qarı da düşmənləri məhv etməyə kömək etmişəm..."

Səadətin arzusu milyonların arzusudur. Eyni fikri iki əsgər anası, Yevlax rayonunda Marks adına kolxozun üzvü Arəstə Hüseynova başqa sözlərlə deyir. Arəstə də Səadət kimi tank dəstəsinə 50 min manat vermişdir. O, deyir:

– Mən qələbə günümüz, böyük bayramımız üçün çalışıram! Böyük arzum budur ki, qələbə günümüzü görüm. Balalarımla birlikdə şənlik keçirim!

Yetmiş yaşlı kolxozçu qadın Qızınbarı Hüseynova kürdəmirlidir. Tank dəstəsinə 15 min manat vermiş, qocaları yarışa çağırmışdır. Qızınbarı qələbəmiz, səadətimiz yolunda hər şeydən keçən adamdır. O, bütün kolxozçular qarşısında böyük bir ana məhəbbəti ilə əsgərlərimizi yad edərək deyir:

– Canımız da, malımız da Qızıl Orduya qurbandır!

Biz şəxsən bu anaları tanımasaq da, onların səsini eşidir, onların ürək çırpıntısını duyur, böyük arzularına şərik oluruq.

Tarixdə qan tökməkdə ad çıxarmış Topal Teymur öz qərargahını çox sayıq qarovulçulara mühafizə etdirərdi. Bir gün gözünü açanda nabələd, pərişan və həyəcanlı bir qadının qapıda durduğunu görür. Heyran qalır: "Buralara quş səkə bilmir, bu qədər mühafizə şəbəkəsini sən necə keçib gəlmisən?" deyə soruşur. Qadının cavabı qısa olur:

– Mən anayam! - deyir. - Analıq qüvvəsinə qarşı çıxan hər şey məğlubdur. Mən səndən oğlumu istəyirəm!

Teymur aciz qalıb ana tərəfindən məğlub edilir!

Adlarını çəkdiyimiz Səadət, Arəstə, Qızınbarı zəmanəmizin qabaqcıl qadınları, vətənin analarıdırlar. Onların arzusu güclüdür, müqəddəsdir və həqiqətdir. Onlar Hitlerə ölüm arzulayırlar. Bu arzulan ilə polad və dəhşətli maşınlar yaradıb hitlerçi köpəkləri qırmağa göndərirlər. Analar Məlik Məmməd kimi igid oğullarını zəmanənin ağ divini öldürməyə, dünyanı Hitlerin şərindən xilas etməyə göndərirlər. Analar oğulları, oğullar anaları üçün çarpışırlar. Bu yolun yolçularına, ulduznişan sovet maşınlarını yaradanlara, bu maşınlar ilə hücuma gedən əsgərlərə uğur və eşq olsun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets