Qəzəb maşınları
Page 2 of 2 · 50%
Dağlar sultanı
Hücuma keçən Qızıl Orduya kömək indi sovet adamlarının ümumi fikridir. Ona görə də "Azərbaycan kolxozçusu" tank və təyyarə dəstəsi yaratmaq təşəbbüsündə heç kəs geri qalmaq istəmir. Bir məsəl var: "Bir özündən deyəndə, bir də yoldaşlarından de!"
Qolovatı yoldaşın ardınca gedərək, yüz min, iki yüz min manat verən kolxozçular çox oldular. Keşlə rayonu "Oktyabrın XIX ildönümü" adına kolxoz sədri Məmmədağa Əliyev daha artıq səxavət göstərdi. O, tank dəstəsi nəfinə 305 min manat nağd pul verdi. Məmmədağa kommunistdir. Qızıl Ordumuzun azadlıq, səadət və gələcəyi uğrunda vuruşduğunu gözəl bilir. Onun sözü budur:
– Qoy mənim verdiyim pul düşmənin tamamilə darmadağın edilməsini sürətləndirmək üçün Qızıl Ordumuza yeni döyüş maşınları versin. Onun qüdrət və qüvvətini daha da artırsın!
Əliyev Məmməd isə 350 min manat vermişdir.
Bunları dünənə qədər çoxumuz tanımırdıq. Vətən yolunda atdığı bu addım onları bizə tanıdır və sevdirir. Biz belə kolxozçularımızla, cəbhəçilərimizə nəinki təkcə məhsul, ərzaq, həm də silah - müasir texnikanın yetirdiyi mürəkkəb və möhkəm silah verən sovet kəndlilərimizlə fəxr edirik. Xındırıstanlı Əsgərov Rüstəm yüz min manat, sumqayıtlı Vəli Səfərov yüz on altı min vermişdir. Kirov rayonu, Hüsü Hacıyev kolxozunun sədri Xoşi Ələkbərov yüz iyirmi bir min manat vermişdir.
Hər gün qəzetlərdə bu kimi vətənpərvər adamların adlarını görmək olar. Bunlar elə adamlardırlar ki, arxada olsalar da, cəbhə ilə yaşayırlar. Canlan qızıl əsgərin yanındadır. Bunlar istəyirlər ki, minlər ilə polad maşınlar yaradıb faşist qoşunlarını əzsinlər, dünyanı hitlerizm bəlasından qurtarmaqda şəxsən mərdlik, qəhrəmanlıq nümunələri göstərsinlər.
Bu ümumxalq təşəbbüsçüləri siyahısında biz ancaq kolxoz sədrlərini, oxumuşları deyil, azyaşlı pionerdən tutmuş, Saleh Əli oğlu Hüseynov kimi 110 yaşlı qocalaracan rast gəlirik.
Murtuz Osman oğlu tank və təyyarə dəstəsi nəfinə min manat vermişdir. Murtuz Qax rayonundandır. 70 yaşı var, sənəti çobanlıqdır. Murtuzun ürəyində hitlerizmə nifrət daha artıqdır. Murtuz, doğrudur, məktəb görməyib, kitab oxuya bilmir. Ancaq o, həyatda nəyin ən zəruri olduğunu bilir. Bilir ki, Hitler azadlığın düşmənidir. Onun adı gələndə Murtuz kişi əsəbiləşir. Onun, dünyanı qan çanağına döndərən canavarın başım çomaq ilə əzmək istəyir. Lakin anlayır ki, indiki dava
– çomaq davası deyildir. Haradansa gəlmiş bir əsgər söhbətarası demişdi: "indiki davada tank, təyyarə çox iş görür." Əsgərin sözü Murtuzun qulağında qalmışdı. Hətta Murtuz bir az məyus kimi də olmuşdu. Düşünüb görmüşdü ki, tank qayıra bilməz, indiki silahlara nabələddir... "Azərbaycan kolxozçusu" adma tank dəstəsi yaratmaq təşəbbüsünü eşidəndə Murtuz ferma müdirinin yanına gedib soruşmuşdu:
– Bu tank ki, deyirsiz, harada qayırılır?
– Zavodda!
– Bəs kolxozçular haradan alıb dəstə düzəldirlər?
– Zavoddan! Puluna minnət. Kolxozçu yığıb verir, həmin pula tank qayırırlar!
Murtuz tank dəstəsi nəfinə min manat verəndən sonra gözü yollarda idi. O, traktor səsi eşidən kimi öz pulu ilə qayırılmış tankın gəldiyini güman edirdi. O, düşünürdü ki, tank mənim öz malımdır, yolda görsəm işarə verib saxladacağam. O yan-bu yanına, poladına lap əl vurub, baxacağam. İçində kim oturubsa görüşəcəyəm. Alnından öpüb yola salacağam və deyəcəyəm:
– Zəhmət bəhrəsindən alınan min manat hədər getməsin, öldür140 düyün faşistləri say görək manata neçəsi düşür...
Murtuzun buna haqqı vardır. Faşizm azadlığın düşmənidir. Murtuz isə əsirlik həyatına bir gün də dözə bilməz. Azərbaycanın bu dilbər dağları, yaşıl tarlaları, cingildəyən dərələri, çağlayan suları hamısı onun
– dağlar sultanımndır. Azad vətənin azad oğulları, azad təbiəti, azad həyatı var. Bunu qorumaqdan daha müqəddəs nədir?
Bu böyük vəzifəni görənlərdə artıq-əskik adam yoxdur.
Murtuz Osman oğlunu heç kəsdən əskik görməyin!
Balaların köməyi
Bədir İbrahimov bu ildən məktəbə gedir. Onun dərs həvəsi ilə yaşayan vaxtıdır. Müəllim onun üçün dünyada ən çox bilən adamdır. Bədir uşaqları yuxusunda görür...
Dünən kolxozçuların tank almaq üçün pul verdiyini evlərində eşitmiş, atasından soruşmuşdu:
– Ata, bizim də tankımız olacaq?
– Bəli, yoldaş Bədir, biz özümüzə tank alırıq.
Atasının zarafatyana cavabı uşağı sevindirmişdisə də, artıq şey soruşmamışdı. Bilirdi ki, çox söz danışanda atasının acığı tutur.
– Ədə, - deyir, - dilotu yeməmisən ki, qoysana bir hovur dincələk!
Məktəbə gələndə Bədir burada da həmin söhbəti eşitdi. Uşaqların tank üçün pul verib adlarını yazdırdığını görəndə pul üçün evə qaçmaq istədi. Müəllim qoymadı:
– Bədir, - dedi, - sabah gətirərsən, eybi yoxdur!
Minlər, on minlərlə öz tayları, yaşıdları ilə birlikdə Bədir də tank nəfinə bir çervon verdi. O, əvvəl elə bildi ki, tank məktəblərinə gələcək, odur ki, soruşdu:
– Müəllim, tankımızı bəs kim sürəcək?
– Bala, nə çoxdu orduda cavanlarımız. Siz burada oxumaq, yazmaq öyrənirsiniz, əsgərlərimiz də top-tüfəng atmaq, tank sürmək öyrənir.
Müəllim Bədirin suallarından xoşlanır. Bir ata kimi onun başını sığallayır:
– Görürəm, - deyir, - Bədir, sən tankçı olmaq istəyirsən.
Səkkiz yaşlı uşağın həvəsi sadəcə uşaq marağı deyildir. Bədir və onun yaşıdlarının çoxu vətənimizin faşizm ilə apardığı müqəddəs müharibədən xəbərdardır. Bunlar həmin uşaqlardırlar ki, öz təşəbbüsləri ilə qızıl əsgərlərə hədiyyə yığıb göndərirlər. Əsgərlərə məktub yazıb əhval soruşurlar. Bunlar səngərlərdə vuruşan, müasir hərbin bütün ağırlıqlarını öz çiynində daşıyan qəhrəman döyüşçülərin balalarıdır. Bunların, bu balaca vətəndaşların tank yaratmaq üçün vəsait yığdığını eşidən hər bir qızıl əsgər, şübhəsiz, sevinc həyəcanı keçirəcəkdir. Bütün qüdrəti ilə düşmən üstünə şığıyacaqdır.
Bədirin pulu, bütün kolxozçuların pulu ilə birlikdə tanka çevriləcəkdir. Ehtimal ki, müəllim uşağın marağını nəzərə alıb tank dəstəsinə tamaşaya da aparacaqdır. Ancaq faşizm ilə vuruşmaq şəxsən Bədirə qismət olmayacaqdır, Bədir böyüyüb əsgər olana qədər dünyada faşizmin izi-tozu da qalmayacaq, kitabçalarda yalnız nifrətlə xatırlanacaqdır. Bu əhvalat tarixdə əbədi qalacaqdır: 1943-cü ildə kolxozçular döyüş maşını almaq üçün vəsait yığanda balalar da iştirak etdilər. Ehtimal ki, o zaman bu hadisəni danışan tarixçini çox heyrətlə dinləyəcəklər. O isə məsələni təfsilatilə deyəcək:
– Vətənpərvərlik duyğusu, hətta, uşaqların qəlbində elə bir kök salmışdı ki, 7-8 yaşlı məktəblilər dəftər-qələm üçün atalarından aldığı pulu tank dəstəsi nəfinə verirdilər. Onlar - ana qucağından yenicə ayrılan balalar da "vətən, vətən" deyirdilər!.. Vətən adı və onunla bağlanmış Bədirin yaşıdlarının adı şərəf duyan adamların qəlbində, zehnində, qalın və mənalı kitablarda həmişə yaşayacaqdır.
Stalin yoldaş sovet uşaqlarının vətənpərvərliyinə, onların qələbəmiz üçün çalışmasına böyük əhəmiyyət verir. Rəhbərin pioner Rza Rzayevə göndərdiyi teleqram bütün məktəblilərin sevincinə səbəb olmuşdur. Böyük rəhbər, ata qayğısı və mehribanlığı ilə uşaqlara deyir: "Gənc yoldaşlar, Qızıl Ordunun qayğısına qaldığınıza görə Sizə təşəkkür edirəm. Sizə cansağlığı, dərsdə və ictimai işdə müvəffəqiyyət arzu edirəm..."
Atamız və böyük müəllimimizin bu sözləri tək Rza, Tanya, Alma üçün yox, ürəyi vətən hissi ilə döyünən hamı sovet uşaqlarının işinə ve- 142 rilmiş yüksək qiymətdir. Milyonlarla gənc, yeni nəsil Stalinin tükənməz ata qayğısı və tərbiyəsi ilə böyüyür. Onlar zəmanənin və tarixin ən xoşbəxt nəsli olduqları ilə fəxr edirlər.
Yer yeriyəndə
"Azərbaycan kolxozçuları" adlanan tank dəstəsinin, nizamlı əsgərlər kimi düzülərək cəbhəyə doğru yollanması gününə az qalmışdır. "Moskva kolxozçusu", "Tambov kolxozçusu", "Qazaxıstan kolxozçusu"— yüzlərlə belə dəstələr cərgəsində Azərbaycan kolxozçularının tank dəstəsi də şir kimi düşmən üstünə cumacaqdır. Bu gün cəbhələrdə düşməni məhv edən və qabağına qatıb qovan qəhrəman əsgərlərimizin, döyüş maşınlarımızın dalınca yeni, zirehli aslanlarımız yüyürəcəkdir. O gün radiolar Sovet İnformasiya Bürosunun yeni şad xəbərini aləmə elan edəcəkdir.
Xalqın vəsaiti ilə yaradılmış tanklar, təyyarələr Qərbə doğru hərəkət edəndə elə bir mənzərə açılacaq ki, deyəcəksən, bütün yer yeriyir. Doğrudan da, bu, sovet torpağı yeriyəcək. Faşist cəlladlardan intiqam almaq üçün həyəcana gələn vətənimiz öz sonsuz gücü ilə nemes işğalçılarından getdikcə təmizlənəcək, tamamilə təmizlənəcəkdir. Hitlerçi canavarlar bu xalq əzəməti, güc və qüdrəti qarşısında aciz qalacaqlar. Bu, gün kimi həqiqətdir. Qızıl Ordu zərbələrinin nə kimi "dada" malik olduğunu düşmən indi hər zamankından daha möhkəm duyur, şil-küt olmuş soldatlarını və zabitlərini fəlakətdən qurtarmağa can atır.
Milyonlarla kolxozçular, zəhmətkeşlər, məktəblilər düşmən üstünə göndərdikləri qəzəb maşınlarından, bu maşınları idarə edən mərd əsgərlərimizdən bir şeyi tələb edirlər:
– Nemes işğalçılarını əzin, məhv edin! Torpağımızı qəsbkarlardan qurtarm!
Qəhrəman Qızıl Ordunun komandir və döyüşçüləri bu arzunu, şübhəsiz, yerinə yetirəcəklər. Çünki, onlara böyük Stalin sərkərdəlik etməkdədir! Çünki, haqq, ədalət bizimlədir!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-qezeb-masinlari
Use ← → keys to move, R for a random poem
More by this author
Ramazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,
DardanelI– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?
Mirzəİki Mirzə Şəfi var. Birisi - bildiyiniz məşhur Mirzə Şəfi, ikincisi - mənim məşhur etmək istədiyim Mirzə Şəfidir.– Ədə, sənə demirəm, başını dik tut? Qoduq kimi nə qaş-qabağını sallamısan, dərsi söylə!
Hacının xəyalı"Dünyanın işi belədir. Zahirdə dəhşətli görünən qanunlar insanların özləri tərəfindən verilir və rədd olunur. Vay o adamın gününə ki, bunu başa düşməsin, qəzetlərə, deyilənlərə inansın. Elə götürək mənim özümü. Bir zamanlar dəli pristavın qaradavoyu oldum; onda gəncdim, qoçaqdım, gözümü ağardanda qorxudan boğaz inəklər bala salardı.Fələk vurdu, müsavat taxta çıxdı, qulluqlar dəyişdi, tanış olmadığım adamlar iş başına keçdi. Xosrov bəyə bir qırqovul, bir də damazlıq inək bağışlamaqla kəndin yüzbaşılığını aldım. Əsl ömür-günüm buradan başladı...
Poems by other poets
تکجه تاریم دیر قارا گونلرده غمخواریم منیم
Qəzəl: Bir yol demədinmi kim könül ol yar kimindirBir yol demədinmi kim könül ol yar kimindirEy kaş biləydin ki bu bimar kimindir
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Siz o yandan, mən bu yandanMisri qılınc alın ələ,Siz o yandan, mən bu yandan!..