Heç vaxt
Gedərkən bir gözələ tuş oldum,Nə üzün daldalar, nə yaxa bağlar.Qurbani
Camal gizləməyib heç zaman bacım,Danışıb dərindən, gülüb dərindən.Yalnız əzabını, iztirabınıGizləyib dar gündə özgələrindən.
Yüz düşmən önünə igid qardaşımTək çıxıb, meydanda heç əyilməyib.Bir dost qabağına çaysız, çörəksiz,Ömründə bir dəfə çıxa bilməyib.
Çadra tanımayıb anam həyatda,Yolunda nə qədər boran, qar olub.Dağda at belinə qalxanda, ancaqBaşımın örpəyi buludlar olub.
Çörəyimiz halal, südümüz təmiz,Alnıaçıq gəzdik ölənə kimi.Heç vaxt mənim babam qısqanc olmayıb,Nənəm yaşadıqca bir nənə kimi.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-hec-vaxt
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
OlsunBulud göydə düzüm-düzüm düzülürGet, gözəl, səfərin mübarək olsun