Bəlkə bu yanmış çöl bağdı
Bəlkə bu yanmış çöl bağdı,Bəlkə qara rənglər ağdı,Uzaqda bir şimşək çaxdı,Gözlə, bəlkə yağış yağdı...
Təzələnər göy ormanlar,Yada düşər xoş zamanlar,Çıxar ağlından yamanlar,Gözlə, bəlkə yağış yağdı...
Dünyanın bir üzü savaş,Bir göz quru, o biri yaş,Odur yaşa yavaş-yavaş,Gözlə, bəlkə yağış yağdı...
Bu yol nə sol, nə də sağdı,Bəxt nə ölü, nə də sağdı,Aranda da sinən dağdı,Gözlə, bəlkə yağış yağdı...1996
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-belke-bu-yanmis-col-bagdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bəxti-nafərcam tək acılmadı qarə sabah,Ki, deyəm hali-dilim yari-cəfakarə sabah.
Vəzirin geri qayıdıb pis fikirli düşmənləri cəzasına çatdırmasıVəzir gordu olkə daha gunbəgun gedir əldən,Səltənətin bunovrəsi sarsılır hey təməldən.
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,