Adın nədir, ev yiyəsi?Səsin anamın səsi...

Başım üstən ağ buludlar,qara buludlar keçir.Ağ durnalar başım üstənqara yurdlara köçür.Başım üstə cin oturubsəhər-axşam mey içir.Zəmiləri qılınc iləsərxoş şeytanlar biçir...

Adın nədir, ev yiyəsi?Səsin anamın səsi...

Ev yiyəsi, Allah göydənyerə nə ələyibmiş?Anam məni çağa ikənkəfənə bələyibmiş?İllər tozuna batıram,burda artıq yer tuturam,eşiyə qoyun məni.Ölsəm, dostlar, tabuta yox,beşiyə qoyun məni...

Adın nədir, ev yiyəsi?Səsin - anamın səsi...1996

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets