Oğul, müqəddəsdir bu məzar daşı,Onun da yanında dayanaq bir az.Qəmdən əyiləndə insanın başı,Yüz kirpik bir damla yaşı saxlamaz.

Kədər karvanıdır fikrimdən keçən,İllər yorğunu tək tövşüməkdəyəm.Yerdə qar görünmür, göy üzündə çən,Bəs nədən bu qədər üşüməkdəyəm?

Bilirəm indicə soruşacaqsan:– Ata, bu qəbirdə görən kim yatır?– Doğma kəndimizdə mənə bir zamanDərs deyən sevimli müəllim yatır.

Bir payız axşamı dünyadan köçdü,O ağrı hələ də yurd salıb canda.Əlifba kitabı yadıma düşdü,Hər dəfə mən onu xatırlayanda.

Əlifba kitabı! Yad olan deyil,Yuxarı başdadır onun yeri də.Bu sadə kitaba minnətdardır bil,Dünyanın ən böyük alimləri də.

Yatsa da gözümdə oyaqdır yenə,Adı yaşayacaq nəğmələrimdə.Ey müqəddəs insan, borcludur sənəMənim ilk şerim də, son əsərim də.

Ötən uşaqlığım geriyə dönsəBilirsən, heç nələr edərdim, oğul?!Ürəyim bir dəstə çiçəyə dönsə,Bu qəbrə bəxş edib gedərdim, oğul!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death