Biri mənəm, biri kim?
Bir məqamda üç çağlayan görmüşəm,Biri mizrab, biri pərdə, biri sim.Bir aləmdə üç çağlayan görmüşəm,Biri mənəm, biri sənsən, biri kim?
Qartal olsam qanadımı salardım,Palıd olsam, böyrü üstə qalardım.Bir dağ olsam, yanıb külə dönərdim.Günəş olsam bir nəfəsə sönərdim,İnsan idim yavaş-yavaş əridim.
Gözdən uzaq, qəlbə yaxın olan yar,Bu dünyada üç sinəsi dağlı var –Biri mənəm, biri sənsən, biri kim?
Günəş olsam birdən-birə sönərdim,İnsan idim, yavaş-yavaş əridim.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-biri-menem-biri-kim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ustalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Bu, Vərqa ol səfərdə nəqdi-canın yarə verməgdürVərqa olar ilə xeyrbadi,Qıldı dutuban təriqi-vadi.