Çox şey əriyəcək... çox şey dünyada,Dəmir də, polad da, daş da, qaya da.Bir qış öz hökmünü dəyişən deyil,Bir payız bir bahar, bir yay,bir də mən.

Qaranquş susacaq, qartal susacaqDağ kəli susacaq, maral susacaq.Başadək ötəcək öz nəğməsiniBir dəniz, bir bulaq, bir çay,bir də mən.

Külə çevriləcək nə qədər ocaq,Qaralacaq işıq, sönəcək çıraq.Həyatda ədəbi nur saçacaqdır,Bir Günəş, bir ulduz, bir Ay,bir də mən.

Mənə də əlini çəkər təbiət,Yurdumu, yuvamı sökər təbiət,Sazımla, sözümlə əbədiyyətəÇevrilə bilməsən bir ömürdə mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring