Bir də dalam təbiətin seyrinə,Günəş ola, səhər ola, mən olam.Göy ləpələr ağ köpüyə bürünə,Qayıq ola, Xəzər ola, mən olam.

Qulağımda qığıldayır dəli Kür,Bu torpağın otu dərman, daşı dürr.Bir dünyadır, toylu-yaslı bir ömür,Sevinc ola, kədər ola, mən olam.

Meh oyana, Dan ulduzu göz aça,Səyyar kamal zirvə-zirvə iz aça.Ulu tarix həqiqətdən söz aça,Zəhmət ola, hünər ola, mən olam.

Göy sünbüllər saçaqlana, tellənə,Ağ salxımlar şirələnə, yellənə,Bir şerimdə milyon könül dillənə,Sənət ola, əsər ola, mən olam.

Qayaaltı... buz bulağın cəlalı,Meşə qoynu... yaşıl tala, göy xalı,Bir guşədə səsdən-küydən aralı,Qələm ola, dəftər ola, mən olam.

Çiskin kecə, bülbül bağa qayıda,Ceyran düzə, Maral dağa qayıda.Ötən çağım bir anlığa qayıda,Arif ola, səfər ola, mən olam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring