Keçib
Gözünə baxıram, durudan duru,Duruluq gözünə bulaqdan keçib.Üzünə baxıram, işıqlı, nurlu,Nur günəşdən qopub, çıraqdan keçib.
Ətirli güllərdə ətirli bağlar,Qızıl lalə kimi qızıl yanaqlar.İçindən alışıb, yanır dodaqlarÜrəyin istisi dodaqdan keçib.
Əlin hərarəti elə şirindir,Gəlişin, gedişin elə şirindir.Səsin ona görə belə şirindirSənə bu şirinlik Qazaxdan keçib.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-kecib
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Ramazan, Novruz və Məhərrəm
Hər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman:
AnamaAna, bu payızbaşqa payızlara bənzəmir,
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Bu yerlərƏzəldə sultan yeridir bu yerlər,Qeysər ü xaqan yeridir bu yerlər,