Yaz fəsli çəməndə üzün gülməsəHər güldən, çiçəkdən inciyərəm mən.Azca yanağının rəngi dəyişsə,Bu çəndən, çisəkdən inciyərəm mən.

Dolan, gəz elləri cavan yaşında,Yanında cəm olsun yar-yoldaşın da.Dağılsa tellərin bulaq başındaDağlarda küləkdən inciyərəm mən.

Həm sevinc görmüşəm yolunda, həm qəm,Yüz dəfə hökmünü dəyişib aləm.Arabir yanılıb xətrinə dəysəmSinəmdə ürəkdən inciyərəm mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring