Nə yaxşı dünyada vardır etibar
Nə yaxşı dünyada vardır etibar,Dostluğun qırılmaz telləri vardır.Dünyanın bir yanı boran, çovğun, qar,Bir yanı çiçəkli, güllü bahardır.
İnsan ünsiyyəti, dost hərarətiQızdırar, isidər bütün varlığı.Çəkindirər bizi ümidsizlikdən,Dostun bircə sözü, bir xoş qılığı...
Dünya insanlarla gözəldir, əlbət,Dostluqla bəzənir Yer kürəmiz də.Nə yaxşı çirkaba düşmədik bir an,Təmiz duyğularla yaşadıq biz də.
Nə yaxşı dünyada vardır etibar,Dostluğun qırılmaz telləri vardır,Dünyanın bir üzü çovğun, boran, qar,Bir üzü çiçəkli, nurlu bahardır.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-ne-yaxsi-dunyada-vardir-etibar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
YoxduQəm, qüssəm başımdan aşıb,Mən tək dərddə qalan yoxdu.
MənSəyyad oldum, seyrə vardım, tor qurdum tərlana mən,Getdi qışım, gəldi yazım, dönmüşəm gülşənə mən.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,