Dünyadan ən gözəl bir xanım getdi,Elə bildim ruhdan öz canım getdi.Bir böyük şairin ilham məbədi,Yumdu gözlərini, yumdu əbədi...Sındırılmış həyat, məhəbbət getdi,Dünyadan bir vüqar, bir ismət getdi.Gözəllik mülkünün nazlı sultanı,Faciəli ömrün qəmli dastanı.Qəlbi bala dağlı bir ana getdi,Ağır töhmət qoyub dövrana getdi.Niyə axdı, niyə, günahsız qanlarNiyə susdu, niyə, soyuq vicdanlar?!Əsrin cinayəti açılmayacaq.Tarix gizlədəcək varaqlarındaSorsa da gələcək nəsillər, ancaqQalacaq suallar dodaqlarında...Tarix gizlədəcək varaqlarında,Cavab verməyəcək nahaq qanlara,Cavab verməyəcək o dövranlara...Əsrin vicdanında qalar bu ləkə,Adsız şəhidlərin tökülən qanı,Soyuq vicdanları oyadar bəlkə,Oyadar qanlara batan dünyanı...Dünyadan cəfakeş bir ana getdi,Ağır töhmət qoyub zamana getdi.Noyabr-dekabr, 1976

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets