Qriqol Abaşidze

Vətən yalnız dağlar, dərələr deyil,Vətən qəlbimizdə yanan atəşdir.Vətən azadlıqdır, vətən ümiddir,Vətən üzümüzə doğan günəşdir.

Dilində vətənin müqəddəs adı,Vətənçin ölümə gedir igidlər.Vətənin eşqiylə yaşayıb ölmək –Budur insan üçün ən böyük hünər.

Məni vətənimdən ayıra bilməz,Gurlasa başımın üstündə tufan.Köksümün içində çırpınan ürək,Vətənin eşqiylə vuracaq hər an...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland