Məni yoldan eləməyin,məni dənizim gözləyir.Dağları gümüş kimio xoş bənizim gözləyir.Hər gün bir libas geyinir,gah şal, gah atlas geyinir.Məxmər geyir qış fəslində,yaşıl donu az geyinir.Qəzəblənir insan kimi,kədərlidir cahan kimi.Bəzən də məst olub qalır,tez dəyişir dövran kimi.

Hərdən eşqin xoş rüzgarıəsib könlümü aldadır.Məni yoldan eləməyin,dənizin gözü yoldadır.Sevdalı, gözəl dənizim,sənə bulud kölgə salır.Canım səndən ayrılsa daməhəbbətim səndə qalır.Kinin, nifrətin də açıq,eşqin, niyyətin də açıq.Gözlə məni, canım dəniz,gülə-gülə sahilə çıx.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring