İt də darıxır
Şirmayı rəngli maşınınSükanından yapışıbşirmayı barmaqlı əllər,Sürür maşını küçələrdə:sürür axşam,sürür səhər.İçi məxmər döşəməli maşınaBir it minib təkbaşına.Qüssəli gözləriyləPəncərədənKüçələrə həsrətlə baxır...Maşın sahibi madmazelƏylənmək üçün iti gəzdirir.Bu əyləncə özü də bir işdir,Boş-bekar dolanmaq daAdi bir vərdişdir.İt itdir,İstəyi də it istəyi.Nəyinə gərəkdir onunMaşının radiosu,Qapıların ağ dəstəyi...İt istəyir ki,sür-sümükdənyeyib doysun,Quyruğunu belinə qoysun.Oynaqlasın, şıllaq atsın,Bir toza-torpağa batsın.Çöl-bayırdatay-tuş görsün,İstəyəndə mırıldasın,İstəyəndə hürsün.Məxmər döşəkli maşın,Konfet, şəkərİtin nəyinə gərəkdir?Görəsən bu it əzabı
Ah... nə qədər sürəcəkdir?İtin dırnaqlarınıManikür etdirir xanımöz dırnaqları kimi.Bir balaca əssə yel,Bürüyür ona şala.Qoca bir qarı kimiHər gün başı daranır,Hər gün belinə masaj olur,Madmazelin qoyduğu qayda iləİt gah yarımqarın,Gah da tamam ac olur.Madmazel əylənir,Çünki... darıxır.Yox bircə insanla beləyaxınlığı, ünsiyyəti,Hamıdan əziz tutur,məxmər döşəkdə oturan iti...Bir deyən yoxdur ona,Ürəyinə mərhəmətdolsun axır.İt də darıxırmadmazel,İt də darıxır.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-it-de-darixir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Könül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
مؤذن پسری تازه تر از لاله مرورنگ رخش آب برده از خون تذرو
Könlüm bir ahu gözlü əlindən yaralıdırKönlüm bir ahu gözlü əlindən yaralıdır,Gəlməz kəməndə, Azərbaycan maralıdır.
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,