Ey qəddar taleyim, amansız bəxtim,Sən məni azdırdın, çıxardın yoldan.İncitmə könlümü, yetər, amandır,Qoy açım gözümü dünyada bir an.

Mən ancaq keçmişin bir qarasıyam,Gələcəyin isə kölgəsiyəm, bil,Dünyanın borcundan nə mən, nə bir kəsQurtarmamış, nə də qurtaran deyil.

Boş yerə sabaha güvəndi könlüm,Arzular bir fərəh gətirdi mənə;Şirin nəğməsilə gözəl ÇonqurimÜmidsiz qəlbimi ovutdu yenə.

Çonqurim, ey gözəl Çonqurim mənim,Xəyal dənizində üzürsən bu gün.Ahəngdar səsinin, inan ki, yenə,Eşqilə çırpınır ürəyim bütün.

Dəstəyin bənövşə qızılgül sənin,Tellərin bülbülün dilinə bənzər.Qanadların qartal qanadı kimi,Uçar nəğmələrin, aləmi gəzər.

Uçub diyar-diyar uzaq ellərə,Alıb qollarına sən apar məni.Ölüm yaxın düşməz mənə dünyada,Çünki oxuyuram sənin nəğməni.

Alqış varlığına, eşq olsun sənə,Ey göylərdən gələn ilahi səda!Qəlbim tellərinlə bir çırpınır, bil,Sənlə yaşaram mən bu dünyada.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring