Düşərgə nəğməsi
Sabah səhər gedirikDüşərgəyə, yaylağa.Dəstəmizlə birlikdəDağlara dırmanmağa...
Dalğalansın bayrağım,Alovlansın ocağım.Şeypurumun səsindən,Gurlasın dərəm, dağım!
Uzaq yollardan keçib,Dolaylardan qalxırıq.Biz özümüz bir alem,Özümüz bir baharıq.
Çağırır döyüş məni,Səsləyir həyat məni.Ağaranda dan yeri,Ana can, oyat məni!
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-duserge-negmesi
Use ← → keys to move, R for a random poem