Şadlıq nəğməsi
Gəlin, quşlar, kəpənəklər,Sarı-qırmızı çiçəklər,Gəlin, yarpağı ipəklər,Yerdə şadlanaq, şadlanaq,Bir də şadlanaq, şadlanaq.
Deyin xallı kəpənəyə,İşıldayan hər böcəyə,Bu axşam uçmasın göyə.Yerdə şadlanaq, şadlanaq,Bir də şadlanaq, şadlanaq.
Göyün parlaq ulduzları,İşıq saçar gecəyarı.Şadlıq edək biz də barı.Yerdə şadlanaq, şadlanaq,Bir də şadlanaq, şadlanaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-sadliq-negmesi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Mənəm
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Dedim mərqum edəm ol yarə kağızDedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım