Günəşin cavabı
Əlində sədəfli saz,Budur, gəldi gözəl yaz.Ucaldıb şən səsini,Oxudu nəğməsini:“Mən baharam, mən yazamŞux nəğməli bir sazam.Məndə açar gül-çiçək,Əlvan rəngli kəpənəkQanad çalar sinəmdə,Hər nə desən var məndə!Bağçaları gəzərəm,Ağacları bəzərəm.Açar lalə, bənövşə,Yaşıl don geyər meşə,Sular daşar, sel gələr,Tamaşaya el gələr –Hamı çıxar çəmənə,Bahar deyərlər mənə.
Sağ gözüyəm mən ilin,Fəsillər, bunu bilin!”İsti yay acıqlandı,Birdən alışdı, yandı.Ucaldaraq səsini,Oxudu nəğməsini:
“İstiyəm mən, yayam mən;Ən ləzzətli ayam mən.Məndə tezdən hər səhərGözəl quşlar ötüşər.Hamı gündə qaralar,Sünbüllər də saralar.Sarı buğda bol olar,Qarlı dağlar yol olar.Mənəm ilin sağ əli,Fəsillərin gözəli!”
Yayın ömrü bitmişdi,Payız gəlib yetişdi.Ucaldaraq səsini,Oxudu nəğməsini:“Mən gələndə hər səhərSərin küləklər əsər.Köynəyi sarı mənəm,Bağların barı mənəm.Heyva məndə, nar məndə,Hər nə desən var məndə.Çəhrayı və ağ alma,Qırmızıyanaq alma,Sarı, şirin armudlar,Məndə əzgil, üzüm var.Bahar nədir, yay nədir?Bol meyvələr məndədir.Ağappaq pambıqlar daAçılar tarlalarda,Mənəm ilin sağ əli,Fəsillərin gözəli!”
Saqqalı ağ, saçı ağ,Ağacda dayanaraqGəldi qocalmış baba,Şaxta baba, qış baba.Ucaldaraq səsini,
Oxudu nəğməsini:“Mən gələndə yağar qar,Məndə min cür oyun var.Şirin qar-top oyunuSevər uşaqlar bunu,Məndə nələr var, nələr!Sevər məni nənələr.Nəvələri beşikdə,Sevər məstan pişik də.Soyuq qış axşamındaİsti soba yanındaNağıl deyər nənələr,Qulaq asar nəvələr.Budur sözün lap düzü –Mənəm ilin sağ gözü!”
Hərə dedi özündən:“Hamıdan yaxşıyam mən!”Düşdü yaman vur-haray,Qorxudan gizləndi ay,Ulduzlar qaldı heyran.Səhər açılan zamanBu davanı eşidibGülümsədi al günəş, –Bütün fəsillər gözəl,Yaxşıdır öz yerində;Yay, payız, qış və bahar –Bu vətən ellərində.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-gunesin-cavabi
Use ← → keys to move, R for a random poem