Gəlmədi, ilk dəfə pozdu vədiniKönül, nə deyirsən, sən bu işə, nə?Çox imtahan etdi, heç inanmadın,Eşqin yollarında yorğun düşənə.

Gəlmədi, bir sadə təsadüf deyil,Bir uğursuz niyyət saxladı onu.Xəyal dünyasından ceyran baxışlıGörən bir afətmi kəsdi yolunu?

Axıtdım sel kimi mən göz yaşımı,Gəlmədi... nə ağır oldu bu kəlmə.Əyilmiş görməmək üçün başımıSəadət də olsan bir daha gəlmə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets