Rəvayət
Süni nəvazişlər, soyuq busələr,Təlxəklər, rəqqasələr,Pəhləvanlar, ilanoynadanlarYorub usandırmışdı hökmdarı...
– Yeni bir əyləncə verin mənə barı. –Əmr etmişdi xidmətçilərə,Onu xoşhal etməyə çalışırdı hərə.Tapıb bir nəfərigətirdilər bir gün.Yığıldı tamaşayasaray əhli bütün.Təzə adam bir çuvaldızçıxarıb taxdı yerə.Uzaq məsafədən kiçik iynələriAtıb keçirdi çuvaldızındeşiyindən yüz kərə.İynələr çuvaldız gözündənkeçib yerə düşdü dalbadal,Güldürdü, əyləndirdi hökmdarıİndiyə qədər görmədiyieşitmədiyi bu qəribə əhval,Sənətini böyük məharətləişlədir deyə,Hökmdar əmr etdiyüz qızıl versinlərxəzinədən bu bəndəyə.Sonra da əmr elədi:divan qursunlar,Bu adama yüz zopa vursunlar, –Belə boş yerə sərf etdiyiüçün vaxtını,Neyləsin zavallı,qınamasın baxtını?!
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-revayet
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Növrəstə Cavadım,Güldəstə Cavadım,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
Molla Məhəmməd Səfili və dəyirmançi İbrahimin dastaniAşıq Səfilinin Zediban kəndindən yaxın dostu, İbrahim adlı dəyirmançı vəfat edir. Zedbana gəlib dəyrmanı boş görən Səfili kədərlənir, sazını alıb dəyirmana, sonra gedib məzarlığa, dostu İbrahimin türbəsinə və fələyə müraciət edir:Səfili:**