İşıqlı dünyam
Dünya, bir sirrini aşkar et mənə,Nədən parlayırsan, nədən sönürsən?Bu qədər siqləti alıb arxana,Sən öz mehvərində necə dönürsən?
Kaş güllər, çiçəklər olaydı yükün,Ağır mərmiləri daşımayaydın.Şəfəqlər öpəydi alnından hər gün,Sis-duman içində yaşamayaydın.
Üfüqlərin təmiz, səhərin aydın,Əbədi baharla gözlərin aydın!Dünyam, gözəl dünyam, işıqlı dünyam,Həmişə aydınlıq içrə olaydın.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-isiqli-dunyam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Nədir ürəyimi burda incidən? –Çimərlik qapqara, sahil natəmiz.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
YetirrəmKönül, səbr et, gəl eyləmə əlaman,Səni bir gün o dildara yetirrəm.
AğlasınGöz yaşım naməsi qasid əlində,Oxuyub, əhvalım bilən ağlasın.