Hərdən gülüşün düşür yadıma
İsmayıl Əfəndiyevin xatirəsinə
Hərdən gülüşün düşür yadıma,Hərdən qəmin, məlalın,Hər şeyi sezə bilən,Hər şeyə dözə bilənQəlbin, pərişan halın.Sakit axan sular kimiaxıb getdin.Dostlarının ürəyində ağrı buraxıb getdin.Yenə gələcək bahar,yenə çiçək açacaq çəmən.Budaqlardan sallanacaqsalxım-salxım yasəmən.Quşlarqatar-qatarqürbətdən vətənə dönəcək.Günəş yenə dənizdən doğacaq,dağların dalında sönəcək.Ağ göyərçin balası kimiçırpınan kiçik qızınsevgilisinin sinəsinə yaslanıbisti göz yaşlarıtökəcək səninçün.Yanıb ağlayacaqiçin-için.Sonra həzin bir təbəssümləqaldıracaq başını,siləcək göz yaşını.Yenə dünyada vüsal olacaq,Olacaq acı hicran,Bircə sən dönməyəcəksən,Dönməyəcəksən getdiyin əbədi yoldan...
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-herden-gulusun-dusur-yadima
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
Bahar fəsli, yaz ayları gələndəSüsənli, sünbüllü, lalalı dağlar,
YoxumuşXaraba qalasan, Tiflis şəhəri,Heç səndə oynayıb-gülən yoxumuş.