Gəldim çiçəklərlə vidalaşmağa,Gördüm ki, yaşlıdır gözü güllərin,Bəlkə gileylidir, şikayəti var,Bəlkə vardı mənə sözü güllərin.

Xeyli qüssəliydi gülün görkəmi,Çökmüşdü üstünə payızın qəmi,Onların bahardır məhəbbət dəmi,Açılar gül kimi üzü güllərin.

Baharsız gülün də şöhrəti olmaz,Baharsız xatiri, hörməti olmazBaharda heç kəsə minnəti olmaz,Açılar əllisi, yüzü güllərin....

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring