Mənyuxuda durna oluramgecələr,Çırpıb qanadlarımıyerdən üzülürəm.Geniş-geniş havalarda səf çəkənDurnaların qatarında düzülürəm.Uçuruq uça bildikcə,Uçuruq diyar-diyar...Uçuruq – qəlbimizdəTorpaqdan aldığımızƏn şirin,Ən incə,Ən sevimli arzular.Uçuruq uça bildikcə...Bizə həsrət qalan ellərəQanad salırıq,Uca-uca dağların başındaƏylənib qonaq qalırıq.Torpağın ətrini aparırıqUlduzların aləminə.Həyat səsi qatırıqGöydə soyuq-soyuq işıqlananayın yalqızlıq qəminə.Səhərşəfəqlər oyadır məni.Sevinə-sevinə durubQalxıram ayağa:Sonra bütün günüNə həvəsim olur,Nə macalım,Bir də yerdən üzülübdurna olmağa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets