Qayaların üstündəbir ev vardı:Pəncərələri, qapılarıDənizə, günəşə açıq.Qayaların altındayırğalanırdıQalın bir zəncirləsahilə bəndlənmiştək bir qayıq.Bu işıqlı, günəşli evdəbir ailə yaşayırdı –mehriban, təmiz...Analarıdərya məhəbbətli,dərya ünsiyyətli,Sevimli, əziz...Böyük qızları –Buz baltası kimi möhkəm.Ay parçası kimi gözəl...Kiçik qızları –Bir az nadinc,Bir az məzəli,Bir az dəcəl...Bir bacıları da vardı –Baxışları həzin,özü xeyli utancaq;İncə bir çiçək kimiydi, –Rüzgar belə istəməzdiona toxunmaq...Qayaların altındasahildə yırğalanırdıtək qayıq.Qayaların üstündə kiçik bir ev vardı:Pəncərələri, qapılarıgünəşə, dənizə,bir də dostların üzünə açıq!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets