Kimə şəfa aparırsan,Şəfqət bacısı!Küçələrdən yel kimiUçub gedənAyparalı maşında?İnsanlara kömək üçünNələr etmir cavan qızlarSənin yaşında?!Bəlkə səni gözləyənXəstəni sancı kəsir,Bəlkə ürək zalımın

Qalıb əlində əsir?Bəlkə çox qan itirir;Kəsib əlini bıçaq.Ona sənin əllərinŞəfa verəcək ancaq.Tələs, gülüm,Tələs, gülüm!Qorxub qaçsınSəndən ölüm!Ağrıları-acılarıİnsanların canından kəs,Ayparalı maşınlardaİnsanlara kömək üçünTələs, bacım, tələs!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets