Sevərmiş
İnsan oğlu vurulanda dünyaya,Yeri-göyü, dağı-daşı sevərmiş.Zaman onu ağlatsa da, gülərmiş,Gözlərindən axan yaşı sevərmiş.
Eşq adama göydən nazil olarmış,Kimi xoşbəxt, kimi rəzil olarmış.Biri yaqut, biri qızıl olarmış,Qaş üzüyü, üzük qaşı sevərmiş.
Alışarsan, eşq içini ovanda,Qapılardan səhralara qovanda.Hünərin var dəli olma sevəndə,Leyli gedib ağlı çaşı sevərmiş.
Canlar gedib bir cananın yolunda,İllər qurban bircə anın yolunda.Ay Zəlimxan, hər sevdanın yolundaDərd ürəyi, ağrı başı sevərmiş.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-severmis
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Hicrani-yar eylədi halu dilim xərabHicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.