Gözlərim həmişə mavi-mavi dəniz görəydi,Göy üzünü tərtəmiz görəydi,Çəmən-çəmən çiçəklər görəydi,Al-əlvan naxışlı ipəklər görəydi...Dünyanı şirin yuxuya dalmış görəydi.Torpağın yarasını sağalmış görəydi,Gözlərim şirin həyat nəməti görəydihər yerdə.Torpağın yaralarındanqan axmayaydı bir də.Yer üzünün məşəli günəşPar-par yanaydı hər gün.Günəş nuruyla işıqlanaydıkainat bütün...Gözlərim yalnız səadət görəydi,insan səadəti;Məhkum görməyəydi dünyadaheç bir xalqı, heç bir milləti...Gözlərim həmişə mavi-mavi dəniz görəydi,Göy üzünü tərtəmiz görəydi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring