Oyanmış, sevgilim, günəş də çoxdan,Bu sabah dağlar da geyinmiş əlvan.Aç xumar gözünü, yuxudan oyan,Oyan, gözlərinə qurban olduğum!

Bahardır, əriyir dağların qarı,Əsir ana yurdun sərin ruzgarı.Sənindir könlümün dövləti, varı,Oyan, gözlərinə qurban olduğum!

Sən güləndə açır bir yaz sabahıNədir bu qəlbimin, bildir, günahı?Sənsən ilhamımın dostu, pənahı,Oyan, gözlərinə qurban olduğum!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets