Qoy yanımda olsun mənim yarağım,İgidin yarağı yanında gərək.Bəlkə ilham oldu gecə qonağım,Bəlkə bir sevdayla çırpındı ürək.

Qələmim olmasa yaza bilmərəm,Bir gün ondan ayrı dözə bilmərəm.Göydə laçın kimi süzə bilmərəm,Ömrün yollarından bərabər keçək.

Bircə qələm oldu mənim zinətim,Bəzəyim-düzəyim, zövqüm, şöhrətim.Həyatda hər arzum, hər xoş niyyətim,Ömür badəsini biz qoşa içək!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets